“Makron Putinin onu aldatdığını başa düşüb…” –ZELENSKİ

Fransa prezidenti Emmanuel Makron son vaxtlar Rusiyaya qarşı getdikcə daha sərt mövqe nümayiş etdirir. Ukrayna prezidenti Vladimir Zelenski “Le Monde” nəşrinə müsahibəsində bildirib ki, bunun bir neçə səbəbi var.

Zelenski qeyd edib ki, Fransa prezidenti çox güman ki, Putinin onu şəxsən aldatdığını anlayıb: “Putin bir sıra liderlərə Ukraynaya hucumdan bir neçə gün əvvəl genişmiqyaslı işğal olmayacağına dair söz vermişdi. Ona görə də Makron artıq Putinə etibar etmir. Düzdür, bbu bir qədər vaxt apardı, amma nəticə var”, – Zelenski qeyd edib.

Bundan əlavə, o qeyd edib ki, Makronun özü ona mövqe dəyişikliyi üçün başqa səbəb göstərib: “Martın 10-da söhbətimiz zamanı Ukraynaya çox vaxt ayırdığına görə ona təşəkkür etdim. O, cavab verdi: “Əlbəttə, amma bunu Fransa üçün etdiyimi bilmənizi istəyirəm.” O, bunu gözəl başa düşür. Ukraynanı müdafiə etməklə, o, Avropanı və Fransanı müdafiə edir. Düşünürəm ki, o, bunu başa düşdü”, – deyə Ukrayna prezidenti vurğulayıb.

O əlavə edib ki, Makronun Kiyevə gözlənilən səfəri zamanı Fransa prezidenti ilə Ukraynaya dəstək üçün əlavə variantları müzakirə edəcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər

Sonrakı məqalə

“Neftçi” – “Qarabağ” oyununun vaxtı açıqlandı