Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanı terrorizmin sponsoru elan etmək çağırışını dəstəkləməyib.
Azpost.info xəbər verir ki, Makron belə bir metodologiyanı bölüşmədiyini deyib.
“Məni düzgün başa düşməyinizi istəyirəm. Fransa belə bir metodologiyanı bölüşmür. Çünki biz həmişə hüquqi yanaşmanı rəhbər tutmağa çalışırıq”, – Makron qeyd edib.
O həmçinin bildirib ki, Fransa tərəfindən Kiyevə verilən silahlar digər ölkələrə hücum deyil, Ukrayna ərazilərinin qorunmasına kömək məqsədi daşıyır.
Azpost.info
