Makrona sui-qəsd cəhdində şübhəli bilinən şəxs həbs edilib

“Fransa polisi prezident Emmanuel Makronun həyatına qəsdlə bağlı cinayət işində iştirak edən radikal fəalı saxlayıb”.

Azpost.info xəbər verir ki, bu barədə “Parisien” yazır.

Nəşrin məlumatına görə, aprelin sonunda 20 yaşlı fəal Fransa rəhbərinin helikopterinə tüstü bombası atıb. Həmin şəxsə qarşı üç maddə üzrə ittiham irəli sürülüb: jandarm helikopterini məhv etməyə cəhd, onun içində olan prezident mühafizəçilərinin həyatına qəsd və dövlət başçısının həyatına qəsd.

İfrat solçu fəal istintaqa cəlb edilib və nəzarətə götürülüb.

Azpost.info

Əvvəlki məqalə

Mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya halları müzakirə olunub

Sonrakı məqalə

Azərbaycan Ordusunun mövqeləri yenidən intensiv atəşə tutulub