Fransa prezidenti Emmanuel Makronun reytinqi yanvar ayında ölkədə planlaşdırılan pensiya islahatı fonunda aşağı düşüb.
Azpost.info xəbər verir ki, bunu “Odoxa”nın keçirdiyi sorğunun nəticələri ortaya qoyur.
Nəticələrə görə, vətəndaşların 36 faizi Makronu yaxşı prezident hesab edir ki, bu da ötən ayla müqayisədə 5 faizlik azalma deməkdir.
Baş nazir Elizabet Borna gəlincə, onun da reytinqi 2022-ci ilin dekabr ayı ilə müqayisədə 5 faiz azalaraq 31 faiz təşkil edib. “Odoxa” qeyd edir ki, sələfi Jan Kasteksin populyarlıq səviyyəsi heç vaxt bu səviyyəyə enməmişdi.
Azpost.info
