Makronun Ukraynaya qoşun göndərmək təklifi ABŞ-ı qəzəbləndirib –"Bloomberg"

Fransa prezidenti Makronun xarici qoşunların Ukraynaya mümkün göndərilməsi ilə bağlı açıqlamaları ABŞ rəsmilərini qəzəbləndirib. Onlar şəxsi söhbətlərində belə bir addımın Rusiya  ilə toqquşmaya səbəb ola biləcəyindən ehtiyat edirlər.

Azpost.info bildirir ki, bu barədə Bloomberg etibarlı mənbələrinə istinadən yazır.

Mənbə bildirib ki, Makronun bu eyhamları Rusiya lideri Vladimir Putini düşünməyə məcbur etmək məqsədi daşıyır, lakin NATO-nun Ukrayna ilə bağlı müzakirələri ilə tanış olan rəsmilər bu sözlərin əks effekt verə biləcəyini deyib.

Bloomberg-ə adının çəkilməsini istəməyən digər rəsmilər qeyd ediblər ki, Makronun şərhləri də əməliyyat təhlükəsizliyi baxımından o qədər də ağıllı gediş deyil. Çünki bir neçə ölkə artıq qeyri-rəsmi olaraq qoşunlarını Ukraynada yerləşdirib.

Agentliyin mənbəsi bildirib ki, bəzi Aİ baş nazirləri Makrondan liderlik gözləyir və çoxları onun Rusiyaya qarşı sərt mövqeyini alqışlayır.

Əvvəlki məqalə

Ərini baltalayan qadın məhkəmə zalında həbs edilib

Sonrakı məqalə

ARB-də bu populyar verilişlərin efir vaxtı azaldıldı