Maksim Qalkin Rusiyanın Odessaya zərbələrini pisləyib –"Hər bir zərbə ürəyimə dəyir"

Məşhur rus esrtada aktyoru Maksim Qalkin İnstaqramda Rusiyanın Odessaya hava zərbələrini pisləyib və həlak olanlardan üzüldüyünü bəyan edib.

Azpost.info bildirir ki, Qalkin bununla bağlı  paylaşım edib.

Aktyor bir daha Ukrayna xalqına dəstəyini ifadə edib.

Qalkin uşaqlığının Odessada keçdiyini bildirib. Ona görə də bu şəhərə raket hücumlarına həmişə çox həssas yanaşır.

“Odessa mənim uşaqlığımdır. Odessada mən məktəbdə birinci sinifdə ukrayna dilini öyrənmişəm. Bu dillə bağlı biliklərim həm də Odessadakı uşaqlığımdır. Odessaya vurulan hər bir zərbə ürəyimə dəyir. Odessa, mən bütün qəlbimlə səninləyəm. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Heç nə edə bilməmyimiz, acizlik çox əzab verir.. Amma hələ ki, heç kim Allah qarşısında məhkəmədə cavabdehliyi ləğv etməyib” .

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.