“Mançester Siti” məğlub olub –“Liverpul” isə qalib gəlib

Aprelin 10-da futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun növbəti oyunları keçirilib.

Çempionluğa iddialı “Mançester Siti” öz meydanında “Lids Yunayted” komandasını qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Lids Yunayted” bu qələbə sayəsində xal ehtiyatını 45-ə çatdıraraq turnir cədvəlində iki pillə irəliləyib və 9-cu yerdə qərarlaşıb. “Mançester Siti”nin isə məğlub olmağına baxmayaraq 74 xalla Premyer Liqada liderliyi davam edir.

Digər iddialı klub “Liverpul” isə əzəli rəqibindən fərqli olaraq bu turda qələbə qazanıb. Mersessayd təmsilçisi səfərdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib. “Liverpul” 52 xalla dördüncü, “Aston Villa” isə 44 xalla 10-cü yerdə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda COVID-19-un dördüncü dalğası başlayıb

Sonrakı məqalə

Seyran Ohanyana qarşı yeni ittiham irəli sürülüb –