“Mançester Siti” yarımfinalda –

İngiltərə Kuboku
21 Mart 2021 - 09:20

İngiltərə Kubokunun dörddəbir finalında “Mançester Siti” səfərdə “Everton”u 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Görüş Liverpul şəhərinin “Goodison Park” stadionunda baş tutub.

Matçdakı qolları İlkay Gündoğan (84-cü dəqiqə) və Kevin De Breyne (90) vurublar.

Yarımfinal görüşlərinin püşkatması bu gün atılacaq.