“Mançester Yunayted” baş məşqçisi ilə yollarını ayırıb

21 Noyabr 2021 - 20:51

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.

Klubun rəsmi saytı xəbər verir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında “Mançester Yunayted”in sükanı arxasına keçmişdi.