Putin COVİD-ə qarşı yenə peyvənd olunub

Rusiya Prezidenti Vladimir Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı təkrar peyvənd olunduğunu bildirib.

Bu barədə “Report” Rusiya mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçısı prosedurdan sonra özünü yaxşı hiss edir.

“Bu gün sizin, həmkarlarınızın tövsiyəsi ilə mən “Sputnik layt”la daha bir dəfə peyvənd edildim. Artıq bu, revaksinasiya adlanır”, – dövlət başçısı tibb işçiləri ilə söhbətində bildirib.

“Ağrısızlığa gəlincə, bunu iki saat əvvəl mənə etdilər. Amma heç nə hiss etmirəm, səhhətim normaldır, hər şey yaxşıdır”, – Putin deyib.

Rusiya lideri həmçinin SARS-CoV-2-yə qarşı burun peyvəndinin istifadəsi üzrə eksperimentdə iştirak etmək üçün könüllü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mançester Yunayted” baş məşqçisi ilə yollarını ayırıb

Sonrakı məqalə

“Fənərbaxça” səfərdə “Qalatasaray”ı məğlub etdi