Mandatını girov qoymuş deputat danışdı:“O adamla mən dostam” 

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Bu barədə “Report” məlumat yayıb. Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixində 300 min ABŞ dolları məbləğində borc alıb. Məlumata görə, ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Agentlik bildirib ki, deputat borcu vaxtında ödəyə bilməyib.
“R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub”, deyə yazıda vurğulaıb.

Məlumata görə, borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib.

“Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, – “Report” yazıb.

Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb. Hazırda ölkə xaricində olduğunu deyən deputat saytımıza açıqlamasında bu barədə geniş danışmayacağını bildirib:

“Bu tamam başqa məsələdir. O adamla mən dostam. Aramızda anlaşılmazlıq olub, dalaşmışıq. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək.  Bu, “qarantiya məktubu” kimi bir şeydir. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lavrov Xələf Xələfovu mükafatlandırdı –

Sonrakı məqalə

Xalq artisti Arif Babayev Türkiyədə əməliyyat olunub