Mariya Stadnik yarımfinalda məğlub oldu –

TOKİO-2020
06 Avqust 2021 - 14:24

Mariya Stadnik finala çıxmaq şansını itirib.

O, yarımfinalda Yui Susaki ilə bacarmayıb.

Hesab 0:11 olduğundan, görüş erkən başa çatıb. Beləliklə, idmançımız sabah bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Tsoqt-Oçirn Namuunseqtseq (Monqolustan) – Lusia Yepes (Ekvador) cütünün qalibi olacaq.