Mark Sukerberq 7 milyard dollar itirib- Bu səbəbdən

“Facebook” korporasiyasının rəhbəri Mark Sukerberq bəzi kompaniyaların “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkə platformalarında reklamlarını dayandırmasından sonra 7 milyard dollar itirib.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl “Coca-Cola”, “Verizon”, “Unilever” kimi iri kompaniyalar “Facebook” və başqa populyar sosial şəbəkələrdə reklamlarını dayandırmaq qərarına gəlib. Buna səbəb kimi sosial şəbəkə rəhbərliyinin irqçilik xarakterli məlumatların pozulması üçün yetərincə addım atmaması göstərilir. Aksiya ABŞ-ın nüfuzlu hüquq müdafiəsi təşkilatları tərəfindən də dəstəklənib.

“Facebook” sosial şəbəkələrində reklam yerləşdirilməsinə qoyulan boykotdan sonra kompaniyanın aksiyaları 8,3 faiz ucuzlaşıb. Nəticədə Mark Sukerberqin aktivlərinin qiyməti 7,21 milyard dollar aşağı düşərək 82,3 milyard dollar təşkil edib. Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun Baş direktoru Bernar Arno “Bloomberg” agentliyinin tərtib etdiyi dünyanın ən varlı insanları siyahısında Mark Sukerberqi dördüncü pilləyə sıxışdırıb. İlk üçlüyə, həmçinin “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos və “Microsoft” korporasiyasının banilərindən biri Bill Qeyts daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır

Sonrakı məqalə

Nazirlər Kabinetində videomüşavirə