“Mart ayında Rusiya Ukraynaya 900 aviasiya bombası atıb” –Zelenski

Avropanın
Avropanın

Martın əvvəlindən Rusiya Ukraynaya qarşı müxtəlif tipli 130 raket, eləcə də 900-ə yaxın idarəolunan aviasiya bombası atıb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün teleqram səhifəsində məlumat verib.

Prezidentin sözlərinə görə, Rusiya hər gün və hər gecə ukraynalılara qarşı pilotsuz təyyarələrdən, raketlərdən istifadə edir. Yalnız bu ayın əvvəlindən Rusiya Ukraynaya qarşı 320 “Şahed” kamikadze dronu atıb.

Zelenskinin fikrincə, Ukrayna sübut etdi ki, düşmən raketlərini və pilotsuz təyyarələrini effektiv şəkildə vura bilir, həmçinin Rusiya hərbi təyyarələrini məhv edə bilir. Bu, minlərlə insanın həyatını xilas edir və Ukrayna iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə imkan verir.

“Ancaq bizim daha çox müdafiəyə – tərəfdaşlarımızın çox real sayı olan hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”, – deyə Zelenski əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.