Martda 15 gün iş olmayacaq

Mart ayında iki bayramın olması istirahət günlərinin sayını artırır.

Gələn ay ilk olaraq Beynəlxalq Qadınlar gününü qeyd edəcəyik. Bu dəfə martın 8-i həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günü olacaq. Beş günlük iş həftəsi ilə işləyənlər isə üç gün, martın 7-i, 8-i və 9-u istirahət edəcəklər.

On gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək. Martın 21-i və 22-i həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək. Beləliklə, martın 25-i və 26-sı da istirahət günləri olacaq.

Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 15 gün qeyri-iş günüdür.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL Tehrana uçuşları dayandırdı

Sonrakı məqalə

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə bu tarixdə baxacaq