Martın 24 və 27-də TOEFL iBT imtahanları təşkil olunacaq –DİM

Dövlət İmtahan Mərkəzində martın 24 və 27-də ETS-in (Educational Testing Service–Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanları keçiriləcək. İmtahanlar DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan iştirakçıları saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

– Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

– İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.

İştirakçılar “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalanmış şəkildə özü ilə imtahana gətirməlidir. İmtahan saat 9:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzər dənizində zəlzələ olub

Sonrakı məqalə

Türkiyədə FETÖ-çulara qarşı əməliyyat keçirilib –