Masallıda su quyusuna düşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində bir nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1971-ci il təvəllüdlü Abdullayev Şahin Mürsəl oğlu dərinliyi təqribən 15 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə Ş.Abdullayevi quyudan çıxararaq xilas ediblər.

Əvvəlki məqalə

Heydər Əliyev Sarayında SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək

Sonrakı məqalə

İranda koronavirusdan ölənlərin sayı 140 829 nəfərə çatıb