Masazırda 15 mənzili soyan oğru dəstəsi ələ keçib –

FOTO
06 May 2020 - 20:20

Masazırda 15-ə yaxın mənzildən oğurluq edənlər saxlanılıb.

Abşeron polisinin keçirdiyi əməliyyat zamanı həmin mənzilləri qarət edən dəstə ələ keçirilib.

Belə ki, Balakən rayonunun Şambul kənd sakini, 43 yaşlı Sərdar Bəyoğluyev tanışı, Bakı şəhər sakini, 40 yaşlı Rövşən Abdullayev və Ağdam rayonunun Seyidli kənd sakini, 48 yaşlı Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonunun Masazır kəndində ümumilikdə 15-ə yaxın mənzildən oğurluq ediblər.

Dəstə üzvləri mənzillərdən məişət və elektrik avadanlıqları, su nasosu, televizor, təmir-tikinti alətləri aparıblar. Hər üç şəxs tutularaq polis idarəsinə aparılıb və istintaqa təhvil verilib. (APA)

Faktla bağlı araşdırma aparılır.