Avtomobil alarkən alıcının ilk diqqət etdiyi məsələlərdən biri qiymətdir. Lakin maşının real dəyəri yalnız alış zamanı ödədiyiniz məbləğdən ibarət deyil. Yanacaq, texniki xidmət, ehtiyat hissələri, sığorta və gözlənilməz təmir xərcləri avtomobilin sonrakı maliyyətini ciddi şəkildə dəyişə bilər.
Buna görə iki avtomobil arasında seçim edərkən yalnız satış qiymətini müqayisə etmək kifayət etmir.
Ucuz avtomobil niyə baha başa gəlir?
İkinci əl bazarında qiyməti münasib görünən avtomobil ilk baxışdan sərfəli seçim təsiri yarada bilər. Lakin avtomobilin texniki vəziyyəti yoxlanılmadan alınması sonradan böyük xərc tələb edə bilər.
Mühərrik, sürətlər qutusu, asqı sistemi, elektronika və kuzovun vəziyyəti avtomobilin real dəyərinə birbaşa təsir göstərir.
Bəzən alıcı avtomobili bazar qiymətindən bir qədər ucuz alır, lakin ilk aylarda mühərrik və ya transmissiya ilə bağlı ciddi xərc çıxır. Nəticədə ilkin qənaət tamamilə itə bilər.
Yanacaq sərfiyyatı da hesablanmalıdır
Avtomobilin gündəlik istifadəsində ən böyük xərclərdən biri yanacaqdır. Eyni qiymətə alınan iki avtomobildən biri daha az yanacaq sərf edirsə, uzun müddətdə onun sahibinə daha az xərc yarada bilər.
Bu səbəbdən avtomobil seçərkən ildə təxminən neçə kilometr yol qət ediləcəyi və orta yanacaq sərfiyyatı əvvəlcədən hesablanmalıdır.
Ehtiyat hissələrinin qiyməti
Avtomobilin məşhur olması onun bütün xərclərinin aşağı olduğu anlamına gəlmir. Bəzi modellərin ehtiyat hissələri daha rahat tapılır və münasib qiymətə başa gəlir. Digər avtomobillərdə isə müəyyən hissələrin dəyişdirilməsi daha baha ola bilər.
Xüsusilə ikinci əl avtomobil alarkən ən çox dəyişdirilən detalların qiymətini əvvəlcədən araşdırmaq faydalıdır.
Avtomobilin qiyməti deyil, saxlanma xərci
Avtomobil seçərkən daha düzgün yanaşma onun bir neçə il ərzində sahibinə başa gələcək ümumi xərcini hesablamaqdır.
Alış qiyməti + yanacaq + texniki xidmət + ehtiyat hissələri + sığorta + vergi və digər xərclər avtomobilin real maliyyətini göstərir.
Yəni bazarda ən ucuz avtomobil həmişə ən sərfəli avtomobil deyil. Bəzən bir qədər baha alınan, lakin daha az yanacaq sərf edən və saxlanması asan olan avtomobil uzun müddətdə daha çox qənaət etdirə bilər.