Mask III Dünya müharibəsi təhlükəsindən danışıb- Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb

“Yaxın Şərqdə və Ukraynada hərbi münaqişələr üçüncü dünya müharibəsinə çevrilə bilər”.

Azpost.info xəbər verir ki, bunu milyarder İlon Mask özünün X sosial şəbəkəsində bildirib.

Mask Ukraynada atəşkəsə çağırıb və bildirib ki, Qərb Rusiya ilə normal münasibətləri bərpa etməlidir: “Biz Ukraynada sülh tapmalı və Rusiya ilə normal münasibətləri bərpa etməliyik”.

Mask Ukraynadakı müharibənin Rusiyanı Çinlə daha sıx ittifaqa məcbur edə biləcəyini deyib. Onun fikrincə, Rusiya, Çin və İranın ittifaqı qlobal münaqişədə Qərbi məğlub edə bilər və ABŞ-ın hərbi gücü digər dünya gücləri ilə müqayisədə artıq əvvəlki kimi deyil.

Azpost.info

 

Əvvəlki məqalə

“Daha 10 il sanksiyalar altında qalmağa hazırıq”

Sonrakı məqalə

Zakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib