Maskasız sərnişinlər dəmir yolu stansiyalarına buraxılmayacaq –AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.

Bu barədə QSC-nin yaydığı xəbərdarlıqda deyilir.

Bildirilir ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək: “Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Amrah Bank” və “Atabank”dakı əmanətlər “Kapital Bank” vasitəsilə qaytarılacaq

Sonrakı məqalə

Tanınmış azərbaycanlı alim Qulamrza Səbri Təbrizi vəfat edib