Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Matəm günü ilə bağlı nazirlikdən AÇIQLAMA

Orkhan Ali 25 Dekabr 2024 - 21:11 (Last updated: 21 May 2025 - 20:15)
nazirler-kabineti

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

AzPost xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah xəsarət alanlara şəfa versin

Post navigation

Previous: AZAL-ın qəzaya uğramış təyyarəsinin “qara qutu”su tapılıb
Next: Qocalar evində yanğın

Oxşar xəbərlər

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25

xƏBƏR

memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına...
Read more about Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq
İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib ilham dircelis
  • Siyasət

İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib

User 17 Noyabr 2026 - 00:10
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür lenin02
  • Baş Yazı

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

User 17 Noyabr 2026 - 00:06
Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb hikmet qrono
  • Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

User 17 Noyabr 2026 - 00:04
Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma usutme
  • Maraqlı

Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma

User 16 Noyabr 2026 - 23:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.