Mayda Azərbaycan MDB ölkələrinə 126,5 milyon dollarlıq məhsul göndərib

30 İyun 2021 - 08:17

Mayda Azərbaycandan MDB ölkələrinə 126 milyon 598 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 179,6 milyon dollar olub.