Mayın 31-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək –QƏRAR

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarında bildirilib.

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

– 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

– 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

– 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

– 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

– 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

– 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

– 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

– 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

– 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Martın 20-dən 29-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq –

Sonrakı məqalə

“Yoluxmaların 52,9 faizi Bakıdadır” –