Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.
Azpost.info xəbər verir ki, hökumət başçıları MDB çərçivəsində əməkdaşlığın inkişafı, o cümlədən ticari-iqtisadi, elmi-texniki, humanitar və innovativ əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Qazaxıstanın Baş naziri Alixan Smailovun sədrliyi ilə keçirilən iclasda hökumət başçılarından Əli Əsədov (Azərbaycan), Roman Qolovçenko (Belarus), Mixail Mişustin (Rusiya), Koxir Rəsulzoda (Tacikistan) və Özbəkistan Nazirlər Kabinetinin sədri Abdulla Aripov iştirak edir.
Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan, Türkmənistanı isə Nazirlər Kabinetinin sədr müavini Hocamirat Geldimiradov təmsil edir.
Azpost.info