MDB-nin Hökumət Başçıları 22 mayda Aşqabadda toplaşacaq

MDB Hökumət Başçıları Şurasının iclası 22 mayda Aşqabadda keçiriləcək.

Azpost.info bildirir ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov MDB Hökumət Başçıları Şurasının yüksək səviyyəli iclasının 22 mayda Aşqabadda keçirilməsi barədə sərəncam verib.

Bu qərar “Neytral Türkmənistan” qəzetində dərc olunub.

Sənəddə deyilir: “Türkmənistan Prezidentinin Aparatı və Türkmənistan Xarici İşlər Nazirliyinə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi ilə birlikdə 22 may 2026-cı ildə Aşqabadda MDB Hökumət Başçıları Şurasının yüksək səviyyəli iclasını təşkil etmək tapşırılıb”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.