MDB-yə üzv ölkələr axtarışda olan korrupsionerlərin bir-birinə ekstradisiyası haqqında saziş imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks” Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sənədə əsasən, iştirakçı ölkələr korrupsiya ilə bağlı cinayət işlərində bir-birlərinə yardım göstərməyə borcludurlar.
Həmçinin tərəflər əməliyyat-istintaq, əməliyyat-profilaktik və digər tədbirləri əlaqələndirməlidirlər.
Ölkələr korrupsiya cinayətləri törətmiş şəxslərin tutulması və ekstradisiyası imkanlarını müzakirə edərkən korrupsiyadan əldə edilən vəsaitləri qaytarmağa da razılaşıblar.
Azpost.info