Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib-

User 27 Sentyabr 2025 - 19:46 (Last updated: 27 Sentyabr 2025 - 19:46)
media zefe

Sentyabrın 27-də Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.

Tədbiri açan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyətini xüsusi qeyd edən icraçı direktor Azərbaycan jurnalistlərinin yerli ictimaiyyətin dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı müstəsna rolu diqqətə çatdırıb.

Agentliyin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, məhz bu gün tariximizdə əksini tapan milli həmrəyliyin və birliyin simvolu olmaqla yanaşı, həm də xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin əzəmətli göstəricisidir. O vurğulayıb ki, şəhidlərimizin canı və qanı bahasına qazanılmış Zəfər, Azərbaycan cəmiyyətinin gələcək inkişaf yolunda həm məsuliyyət, həm də ilham mənbəyidir.

Daha sonra Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirib ki, Anım Günü yalnız qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi deyil, eyni zamanda, Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik ideyalarında və azadlıq uğrunda mübarizə tarixində əbədi iz buraxmış bir gündür. Onun sözlərinə görə, medianın üzərinə düşən əsas vəzifələrdən biri də məhz həmin qəhrəmanlıq salnaməsini geniş işıqlandırmaq, şəhidlərin əziz xatirəsini daim uca tutmaq və onların mübarizə ruhunu gələcək nəsillərə ötürməkdən ibarətdir.

Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə Vətən müharibəsi dövründə informasiya cəbhəsində çalışan jurnalistlərin fəaliyyətinə toxunub. O qeyd edib ki, media nümayəndələri yalnız arxa cəbhədə deyil, ön xətdə də fəaliyyət göstərərək, həm ölkə ictimaiyyətini operativ və dəqiq məlumatlarla təmin edib, həm də Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqla informasiya müharibəsində mühüm nailiyyətlər qazanıblar.

Daha sonra Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkına gəlib, Zəfər abidəsinin önünə gül dəstələri düzüb.

AzPost.az

Post navigation

Previous: “Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük”
Next: Azərbaycanla sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam

Oxşar xəbərlər

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.