“Media haqqında” qanunda bir-iki maddə ilə bağlı fərqli fİkirlər var” –Zahid Oruc

“MEDİA tərəfindən “Media haqqında” qanun layihəsinin yaxın zamanlarla parlamentə təqdim ediləcəyinə inanmaq istəyirik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc qanunun payız sessiyasının İş planına daxil edilməməsinə də aydınlıq gətirib: “Layihədə bir-iki maddə ətrafında fərqli fİkirlər var, onların uzlaşdırılması üzərində işlər aparılır. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla bizim komitədə də görüş olmuşdu. Əminik ki, həmin bir-iki maddə üzərində konsensus tapılandan sonra sənədlə bağlı problem qalmayacaq, parlamentdə müzakirəyə çıxarılması mümkün olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin populyar “Master Chef” yarışması Azərbaycanda yayımlanacaq –

Sonrakı məqalə

Prezident İlham Əliyevin “Anadolu” Agentliyinə MÜSAHİBƏSİ –