MEDİA-nın rəhbəri jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb –

FOTO
23 May 2021 - 13:33

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, görüş zamanı jurnalistin səhhəti ilə maraqlanıblar.

Xatırladaq ki, böyük jurnalistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalist kardioloji xəstəlikdən əziyyət çəkir.