Mediasiyanın tətbiq dairəsi dəyişib- Bu mübahisələrə baxmayacaq

Azərbaycanda mediasiyanın tətbiq dairəsi dəyişib.

Bununla bağlı Prezident İlham Əliyev “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Dəyişiklikdən öncə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə yanaşı, kommersiya mübahisələri də mediasiyanın tətbiq dairəsinə daxil idi. Dəyişikliklə kommersiya mübahisələri mediasiyanın tətbiq dairəsindən çıxarılıb(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.