Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mediatorlar üçün Mediasiya təlimi üzrə tədris vəsaiti” nəşr olunub

User 08 Avqust 2025 - 13:13 (Last updated: 08 Avqust 2025 - 13:13)
Mediasiya

“Mediatorlar üçün Mediasiya təlimi üzrə tədris vəsaiti” adlı kitab nəşr olunub.

 Azərbaycanda mediasiya institutunun inkişaf etdirilməsi, mübahisələrin alternativ həll yollarının təşviqi və mediatorların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində növbəti mühüm təşəbbüs reallaşdırılır. Bu məqsədlə “Mediatorlar üçün Mediasiya təlimi üzrə tədris vəsaiti” adlı müasir və praktik yönümlü kitab hazırlanaraq nəşrə təqdim edilib.

Layihə Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin strateji tərəfdaşları sırasında Mediasiya Şurası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və müxtəlif mediasiya təşkilatları yer alır.

Hazırlanmış tədris vəsaiti Azərbaycan mediasiya sistemində ilk dəfə olaraq vahid, sistemli və elmi-praktik yanaşma əsasında formalaşdırılıb. Kitab mediatorların ilkin hazırlıq, təkmilləşdirmə və davamlı təlim proseslərində geniş şəkildə istifadə olunacaq. Eyni zamanda, vəsait hüquqşünaslar, tədqiqatçılar və mediasiya sahəsinə maraq göstərən digər mütəxəssislər üçün də faydalı mənbə olacaqdır.

Kitabda mediasiya prosesinin hüquqi və institusional əsasları, mediator davranış kodeksi, danışıqların psixologiyası, konfliktlərin idarə olunması metodları və barışıq sazişlərinin effektiv tərtibi kimi vacib mövzular ətraflı şəkildə əhatə olunub. Eyni zamanda real nümunələr, təlim metodikası və praktiki tapşırıqlar da təqdim olunaraq istifadəçilərin praktiki biliklərini artırmaq hədəflənib.

Kitabın təqdimat mərasimləri Bakı Dövlət Universitetində və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında keçiriləcək. Nəşr olunmuş vəsait bütün mediatorlara ödənişsiz şəkildə təqdim olunacaq, bu isə layihənin sosial faydalılığını və inklüzivliyini daha da artırır.

Bu təşəbbüs, dövlət və vətəndaş cəmiyyəti institutları arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir və mediasiya sahəsində insan kapitalının inkişaf etdirilməsinə yönəlmiş strateji addımdır.

 

AzPost.az

Post navigation

Previous: Gürcüstan Rusiyadan işğal olunmuş ərazilərdən çıxmağı tələb edib
Next: Şeyxülislam G20 Dinlərarası Forumunda iştirak edəcək

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.