Medvedev “nüvə dövlətləri uduzmur” dedi- MAQATE rəhbərindən cavab gəldi

“Ukrayna münaqişəsi zamanı nüvə silahından istifadə edilməməlidir”.

Azpost.info xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.

Qrossi bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə güclərinin münaqişələrdə iştirakı ilə bağlı sözlərini şərh edərkən deyib.

“Nüvə müharibəsində qalib ola bilməz, onu heç vaxt işə salmaq olmaz. Mən heç bir ölkənin yüksək rütbəli rəsmilərinin bəyanatlarını mühakimə etmirəm. Ümid edirəm ki, bu münaqişə zamanı nüvə silahından qəti şəkildə istifadə edilməyəcək”, – Qrossi bildirib.

Dünən Medvedev “Telegram” kanalında Davosda keçirilən forumda “Rusiya Ukraynada uduzmalıdır” bəyanatını  şərh edib. O bildirib ki, nüvə dövlətləri taleyinin asılı olduğu böyük münaqişələri uduzmur və bu, hər bir Qərb siyasətçisinə aydın olmalıdır.

Azpost.info

Əvvəlki məqalə

“Çin yeni “soyuq müharibəyə” qəti şəkildə qarşıdır”

Sonrakı məqalə

ABŞ Dövlət Departamentinin rəsmisi Şəhidlər xiyabanını ziyarət edib