Medvedev Pekində Si Cinpinlə görüşdü- Çin liderinə Putinin mesajını çatdırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çinin dəvəti ilə Pekinə səfər edib.  

Azpost.info xəbər verir ki, o, Pekində Dövlət Evində Çin sədri Si Cinpinlə görüş keçirilib.

“Dekabrın 21-də Çin sədri Si Cinpin Pekində “Dyaoyutay” dövlət iqamətgahında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb. Medvedev Rusiya prezidenti Vladimir Putinin mesajını Çin sədrinə çatdırıb”, – məlumatda bildirilir.

Si Cinpinlə Medvedev postsovet məkanındakı vəziyyəti, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Qulu Məhərrəmli BDU-da kafedra müdiri təyin edilib

Sonrakı məqalə

Bakı-Gəncə-Bakı istiqamətində xəttə əlavə qatarlar buraxılacaq