Medvedev Ukrayna ilə danışıqlar üçün iki əsas şərti- AÇIQLADI

“Rusiya-Ukrayna danışıqları iki hüquqi aspekt üzrə razılaşmanı tələb edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, söhbət Rusiyanın yeni ərazilərində referendumun nəticələrinin tanınmasından, eləcə də mövcud vəziyyət üçün nəzərdə tutulmuş xüsusi beynəlxalq normaların hazırlanmasından gedir.

“Birincisi, Ukraynanın keçmiş ərazilərinin əhalisinin öz müqəddəratını təyinetmə nəticələrinin bu gün Rusiyanın daxili qanununda – Konstitusiyasında öz müqəddəratını təyin etməsinin nəticələrinin tanınması. İkincisi, mövcud vəziyyət və gələcək beynəlxalq münasibətlər üçün nəzərdə tutulmuş xüsusi beynəlxalq normaların hazırlanması. Məsələn, necə ki, 1945-ci ildə BMT Nizamnaməsi hazırlanmışdı”, – Medvedev yazıb.

Azpost.info

Əvvəlki məqalə

Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

Sonrakı məqalə

Kiyevdə vertolyot uşaq bağçasının üstünə düşdü –