Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür

User 31 Yanvar 2025 - 00:04 (Last updated: 21 May 2025 - 20:15)
resulzade

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 141-ci ildönümüdür.

AzPost xatırladır ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət İli” elan edilib. Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Post navigation

Previous: Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır
Next: SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri –

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.