Meksikada koronavirusdan ölmək qadağan edildi

06 May 2020 - 09:00

Meksikanın cənub-şərqindəki Verakrus əyalətindəki Sokonusko bələdiyyəsinin başçısı Rolando Rosas yerli sakinlərə koronavirusun yaratdığı xəstəlikdən ölmələrini qadağan edib.

“Report” xəbər verir ki, bu barədə “Televisa” kanalı məlumat yayıb. Müvafiq açıqlama kəndinin mərkəzindəki bannerdə yerləşdirilib.

“Əmrə əsasən, koronavirus səbəbiylə bələdiyyə ərazisində ölmək qəti qadağandır”-deyə, məlumatda qeyd olunub.

Təxminən 5 200 insanın yaşadığı Sokonuskoda indiyə qədər heç bir yoluxma qeydə alınmayıb.

Rosasın sözlərinə görə, bu şəkildə o, əhalinin diqqətini xəstəliyin yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə cəlb edib: “Düşünürəm ki, strategiya işlədi” bələdiyyə sədri əlavə edib.