Merkel Avropa İttifaqının sammitində sonuncu dəfə iştirak edib

Almaniyanın Federal kansleri Angela Merkel Avropa İttifaqı Şurasının sammitində sonuncu dəfə iştirak edib.

Merkel avropalı həmkarları qarşısında çıxışında bu sammitin ondan ötrü yəqin ki, Avropa Şurasının sonuncu tədbiri olduğunu deyib. O, yekun mətbuat konfransında KİV nümayəndələrinə müraciətlə onunla “gecə-gündüz əməkdaşlıq etdiklərinə görə” hamıya təşəkkürünü bildirib.

Jurnalistlərin hesablamalarına görə Angela Merkel öz siyasi karyerası müddətində Avropa İttifaqının 107 sammitində iştirak edib.

Hazırda Almaniyada Merkelin varisliyinə ən ehtimallı namizəd kimi Olaf Şoltsun adı çəkilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib – VİDEO

Sonrakı məqalə

İspaniyalı alimlər koronavirusun mövsümi xəstəlik olduğunu sübut ediblər