Merkel Putinin Ukraynadakı əməliyyatını “barbar müharibə” adlandırdı

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın Ukraynadakı əməliyyatını barbar müharibə adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ukrayna ilə həmrəyliyini ifadə edən Merkel Almaniya hökumətinin bu vəhşi müharibəyə son qoymaq səylərini dəstəklədiyini, lakin Nazirlər Kabinetinin üzvlərinə məsləhət və ya tövsiyələr vermək niyyətində olmadığını vurğulayıb.

Merkel onu da qeyd edib ki, seçdiyi xarici siyasət kursuna baxmayaraq, Qərb liderləri Vladimir Putinlə dialoqu davam etdirməlidirlər.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ Ukraynanı müstəmləkəsinə çevirmək istəyir” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu