“Messi 20 dəqiqədən çox oynaya bilməz!” –

PSJ şərt qoyub
14 Noyabr 2021 - 17:33

PSJ rəhbərliyi Argentina millisinə Lionel Messinin yığmada oynama müddəti ilə bağlı ultimatum verib.

Qol.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, PSJ Lioneli milliyə yalnız futbolçu üçün oyun müddətinə limit qoymaq şərti ilə buraxmağa razılaşıb.

Klub və federasiya  arasında şifahi razılaşmaya əsasən, 34 yaşlı oyunçu meydanda 20 dəqiqədən çox ola bilməz. Belə ki, DÇ-2022-nin seçmə mərhələsində Uruqvay millisi ilə görüşdə (1:0) Messi matçın 76-cı dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, Messi zədə səbəbindən PSJ-nin son iki oyununu buraxmışdı.

Xatırladaq ki, Argentina növbəti oyununu noyabrın 17-i Braziliyaya qarşı keçirəcək