Messi mətbuat konfransında ağladı

-FOTO
08 Avqust 2021 - 16:04

İspaniyanın “Barselona” klubu ilə yolları ayrılan Lionel Messi bu gün mətbuat konfransı keçirib.
Argentinalı ulduz göz yaşları içərisində “Barselona” ilə vidalaşıb.
Lionel Messi mətbuat konfransında gələcək karyerası, Parisin PSJ klubuna keçidinin mümkünlüyü barədə sualı da cavablandırıb. O, PSJ-yə keçidinin mümkün variantlardan biri olduğunu, ancaq hələ rəsmi olaraq müqavilə imzalanmadığını, danışıqlar aparıldığını bildirib. Eyni zamanda “Barselona”nın bəyanatından sonra ona digər klublardan da çoxlu zənglər olduğunu açıqlayıb.
O, nə zamansa yenidən “Barselona”ya qayıda biləcəyinə ümid etdiyini də söyləyib.