Messi və Ronaldo son dəfə meydanda üz-üzə gəldilər-VİDEO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerli “Əl-Hilal” və “Əl-Nəsr” komandalarından ibarət birgə kollektivlə PSJ arasında özəl oyun baş tutub.

Apasport.az xəbər verir ki, bu matçda Kriştianu Ronaldo Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.

Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 qalib gəlib. Oyunda 9 qoldan başqa, 1 qırmızı vərəqə, 3 penalti (birini Neymar vura bilməyib) də qeydə alınıb.

Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kriştianu Ronaldoya “Matçın ən yaxşısı” mükafatı verilib. Həmçinin, komandalara medallar və qalib PSJ-yə xüsusi kubok təqdim olunub.

Əvvəlki məqalə

20 Yanvarda xalqın yaddaşına yazılan Şeyxülislam

Sonrakı məqalə

Niderland Azərbaycan və Ermənistanı dialoqu bərpa etməyə çağırıb