Messi yeni komandanın tərkibində ilk oyununa çıxıb

30 Avqust 2021 - 08:42

“Pari Sen-Jermen” Fransa çempionatının dördüncü turunda “Reyms” klubunu 2-0 hesabı ilə məğlub edib.

Hər iki qolu paytaxt komandasının heyətində Kilian Mbappe (16 və 64-cü dəqiqələrdə) vurub.

Argentinalı futbol ulduzu Lionel Messi 66-cı dəqiqədə Neymarın əvəzinə meydana daxil olub və “PSJ”-də ilk matçına çıxıb. 34 yaşlı argentinalı avqustun 10-da klubla müqavilə imzalayıb.

“PSJ” Fransa çempionatında dörd qələbə qazanıb və hazırda liderdir. Üç xalı olan “Reyms” 17-ci pillədədir. Növbəti turda “PSJ” “Klermon”u qəbul edəcək, “Reyms” isə səfərdə “Renn”lə oynayacaq.