“Messi zəng edəndə “yox” demək çətindir” –

"Yuventus"un futbolçusu
23 May 2020 - 23:26

“Yuventus”un futbolçusu Qonzalo İquain “İnter”in hücumçusu Lautaro Martinesin “Barselona”ya mümkün transferini şərh edib.

Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, argentinalı oyunçu bu transfer gerçəkləşəcəyi təqdirdə, təəccüblənməyəcəyini deyib:  “Heç bir ziddiyyət yaratmaq istəmirəm. Amma “Barselona” və Messi zəng edəndə “yox” demək çətindir. Hazırda onun yerinə olmaq istəməzdim”.

Qeyd edək ki, Martinesin Kataloniya klubuna keçməyə razılıq verdiyi iddia olunur.