“Messi zəng edəndə “yox” demək çətindir” –"Yuventus"un futbolçusu

“Yuventus”un futbolçusu Qonzalo İquain “İnter”in hücumçusu Lautaro Martinesin “Barselona”ya mümkün transferini şərh edib.

Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, argentinalı oyunçu bu transfer gerçəkləşəcəyi təqdirdə, təəccüblənməyəcəyini deyib:  “Heç bir ziddiyyət yaratmaq istəmirəm. Amma “Barselona” və Messi zəng edəndə “yox” demək çətindir. Hazırda onun yerinə olmaq istəməzdim”.

Qeyd edək ki, Martinesin Kataloniya klubuna keçməyə razılıq verdiyi iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada son sutkada 110 min nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Birinci vitse-prezident Mehriban Əliyeva bayram münasibəti ilə xalqı təbrik etdi