Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub

User 08 Dekabr 2024 - 16:01 (Last updated: 21 May 2025 - 20:15)
mehkeme

“Meydan” TV-nin qaçaqmalçılıqda ittiham olunan əməkdaşları Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı və Aysel Umudovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

APA xəbər verir ki, təqdimata bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

Qərara əsasən, jurnalist Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda, məhkəmənin qərarı ilə Ülvi Tahirov barəsində də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu şəxslər dekabrın 6-da saxlanılıb.

Məlumat üçün bildirək ki, ibtidai istintaq dövründə Natiq Cavadlı 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan), digər təqsirləndirilən şəxslər isə 1 saylı Bakı İstintaq Təcridxanasında( Kürdəxanı) saxlanılacaq.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Post navigation

Previous: “Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib” –
Next: Politoloq Azər Qasımlının nədə təqsirlli bilindiyi bəlli oldu

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru...
Read more about İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM sahi
  • Sosial

Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM

User 27 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.