“Milad bayramı üçün hədiyyə olaraq bir az sülh istərdim”.
Azpost.info xəbər verir ki, bunu Roma Papası Fransisk İspaniyanın ABC nəşrinə müsahibəsində deyib.
“Bir az sülh… Dünyada nə qədər müharibə var! Ən çox Ukraynadakı müharibə bizi narahat edir, amma gəlin, on üç ildir savaşın getdiyi Myanma, Yəmən, Suriyanı xatırlayaq”, – pontifik bildirib.
Papa işinin ən çətin tərəfinin küçələrdə gəzə bilməməsi olduğunu qeyd edib: “Küçələrdə gəzə bilməmək, çölə çıxa bilməmək… Buenos-Ayresdə mən çox sərbəst idim. İctimai nəqliyyatdan istifadə edirdim, insanların hərəkətini izləməyi sevirdim. İnsanlarla ünsiyyət məni enerjili edir. Küçədə gəzmək üçün darıxıram”.
Azpost.info
