Milli Məclis Aparatı rəhbərinin müavini təyin olunub

08 May 2020 - 14:05

Milli Məclisdə struktur islahatları davam etdirilir.

APA-nın məlumatına görə, struktur islahatları çərçivəsində yeni yaradılmış Aparat rəhbərinin müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Yaşar Allahqulu oğlu Əməşov təyin edilib.

Y.Əməşov1976-ci ildə Cəlilabad rayonunda anadan olub. 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. İngilis və rus dillərini bilir.1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.