Milli Məclis koronavirusla bağlı vəziyyəti müzakirə etməyə hazırlaşır

14 Mart 2020 - 11:31

Milli Məclis koronavirus infeksiyasına (COVID-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.

Bununla bağlı artıq parlamentə sənəd daxil olub. Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla).

Eyni zamanda, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra klub və barların fəaliyyəti dayandırılıb. Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb. (Report)