Milli Məclisdə İSF-nin gələn il üçün büdcəsi birinci oxunuşda qəbul edilib

17 Noyabr 2021 - 13:53

Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində təsdiq edilməsi təklif edilir.
Qanun layihəsi deputatların müzakirəsindən sonra birinci oxunuşda səsə qoyularaq qəbul edilib.